Xüsusi nümayəndə: Tullantıların idarə edilməsi probleminin həlli üzrə danışıqlar aparılır

Ekologiya
  • 24 sentyabr, 2025
  • 13:25
Xüsusi nümayəndə: Tullantıların idarə edilməsi probleminin həlli üzrə danışıqlar aparılır
Məsim Məmmədov

Tullantıların idarə edilməsi probleminin həlli üzrə danışıqlar aparılır.

"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

Onun sözlərinə görə, Laçında təşkil olunan silsilə tədbirlər göstərir ki, bərpa və quruculuq işləri çərçivəsində qarşıya qoyulan strategiya özünü doğruldur.

Xüsusi nümayəndə tullantıların idarə edilməsi məsələsinə toxunaraq əlavə edib ki, bu problemin həlli üzrə danışıqlar aparılır:

"Bu məsələ diqqət mərkəzindədir. Çalışırıq ki, 10 ildən sonra yeni poliqon yeri axtarmayaq. Laçında hər bir infrastruktur işinə ekoloji toxunulmazlıq müstəvisində baxırıq".

M.Məmmədov Laçında meşələrin qorunması məsələsinin də priotet olduğunu qeyd edib.

O, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə mineral yataqların xəritəsi üzərində yaxın zamanda işə başlanılacağını da vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti