Xidmət rəsmisi: "Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır"
Ekologiya
- 20 sentyabr, 2021
- 10:32
"Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında yerləşən Oba marketin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb".
Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 2 ağacın kəsildiyi, 3 ağacın isə düzgün budanmadığı müəyyən edilib:
“Hazırda ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır”.
Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən media və ictimaiyyət nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə və sayıqlıqlarına görə təşəkkürünü bildirib.
Son xəbərlər
08:54
Yol polisi hava ilə bağlı sürücülərə çağırış edib
İnfrastruktur08:51
Avropa Komissiyasının rəhbəri ticarət sazişi bağlamaq üçün Avstraliyaya səfər edəcək
Digər ölkələr08:41
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
İnfrastruktur08:36
ABŞ satdığı Venesuela neftinin 500 milyon dollarını Karakasa verib
Digər ölkələr08:25
Yunanıstanda miqrantları daşıyan qayığın saxlanılması zamanı 14 nəfər ölüb
Digər ölkələr08:13
Bakının bir çox yollarında tıxac yaranıb
İnfrastruktur07:42
ABŞ Nigeriyaya kiçik hərbi kontingent göndərib
Digər ölkələr07:10
Ağ Ev İranla Omanda danışıqlar aparmağa razılıq verib
Digər ölkələr06:48