Xətaidə ağacların kəsilməsi ilə bağlı protokol tərtib edilib
Ekologiya
- 23 dekabr, 2022
- 14:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Xətai rayonu, Gəncə prospekti 41 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb, protokol tərtib edilib.
"Report"un məlumatına görə, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, “Xətai Park” yaşayış kompleksinin həyətində köküstə quru vəziyyətdə olan 15 ədəd şam ağacının Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi olmadan “Xətai Park” MMC tərəfindən kəsildiyi müəyyən edilib.
Faktla bağlı MMC barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
Son xəbərlər
03:08
Yüksək təzyiqə qarşı inqilabi kəşf
Sağlamlıq
02:52
Video
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
02:40
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Region
02:20
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
Futbol
02:05
Video
ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb
Digər ölkələr
01:59
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1
01:42
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
Digər ölkələr
01:17
Krakovda atışma törədən şəxsin evində üç nəfərin meyiti aşkarlanıb
Digər ölkələr
01:01
Polşada iki günlük matəm elan edilib
Digər ölkələr