Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq - YENİLƏNİB

Ekologiya
  • 13 iyun, 2025
  • 13:06
Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq - YENİLƏNİB
Vüqar Kərimov

Azad edilmiş Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq.

"Report"un Xankəndiyə ezam olunmuş müxbiri xəbər ki, bunu Ekologiya məsələləri üzrə işçi qrupun rəhbəri,Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında deyib.

Nazir müavini bildirib ki, bu istiqamətdə müvafiq işlərə başlanılıb: "Bununla əlaqədar nazirlik Kəlbəcər, Laçın, Ağdərə və Xocalı rayonlarının ərazilərini əhatə etməklə yaradılması təklif olunan yeni milli parkın ilkin xəritə-sxemi hazırlayıb və Azərbaycan Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə razılaşdırıb".

Onun sözlərinə görə, hazırda sözügedən xəritə-sxem münasibət bildirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, eləcə də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilib və həmin qurumlar ilə işçi qaydada müzakirələr davam etdirilir.

12:50

Azad olunmuş Xankəndi və Şuşa şəhərlərində, eləcə də Ağdərə və Xocalı rayonlarının ərazisində yeni milli park yaradılır.

"Report"un Xankəndiyə ezam olunmuş müxbiri xəbər ki, bunu Ekologiya məsələləri üzrə işçi qrupun rəhbəri, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında deyib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, milli park 100 min hektar ərazini əhatə edəcək:

"Artıq parkın xəritəsi də hazırlanıb və sənəd İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilib. Bu ilin sonuna qədər yeni parkın yaradılması nəzərdə tutulub".