UNFCCC-in icraçı katibi: Dünya ölkələri iqlim fəaliyyətini gücləndirməlidir

Ekologiya
  • 05 iyun, 2026
  • 12:14
UNFCCC-in icraçı katibi: Dünya ölkələri iqlim fəaliyyətini gücləndirməlidir

Dünya ölkələri iqlim fəaliyyətini gücləndirməlidir.

"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbir zamanı videomüraciətində deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələri ilə bağlı dünya ölkələri üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidir:

"Ölkələr birgə fəaliyyət göstərməli, danışıqlar intensivləşdirilməlidir".

Saymon Stil vurğulayıb ki, Azərbaycanın COP29 Sədrlik etdiyi müddətdə razılaşdırılmış yeni iqlim maliyyəsi hədəfi həyata keçirilməlidir:

"Bu sahədə beynəlxalq əməkdaşlıq həyati əhəmiyyət daşıyır. Ölkələr üzərlərinə götürdükləri öhdəlikləri real layihələrə çevirmək üçün birlikdə çalışmalıdırlar".