UNECE: İqlim layihələri risklərin azaldılmasına ehtiyac duyur
- 09 sentyabr, 2026
- 14:46
Yeniliklərdən dərhal xəbərdar olun!
İqlim layihələri risklərin azaldılmasına ehtiyac duyur.
"Report" xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) İcraçı Katibinin Müavini Dmitri Mariyasin "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 3-cü günündə bildirib.
Onun sözlərinə görə, hər bir şirkət iqlim hədəflərinə baxmalı və onların daxilində biznes imkanlarını görməlidir: "Bunlar formalaşdırılmağı və eyni zamanda risklərdən azad edilməyi (de-risking) gözləyən investisiya layihələridir. Çünki bu layihələr risklərlə gəlir. Biz bu riskləri nəzərə almalıyıq və onların azaldılması dövlət sektorunun, o cümlədən hökumətlərin və BMT sisteminin sizə kömək edə biləcəyi sahələrdən biridir. Risklərin azaldılması daha proqnozlaşdırıla bilən tənzimləmələrin yaradılması, informasiyaya bərabər çıxışın təmin edilməsi və keyfiyyətli məlumatların təqdim olunması deməkdir. Çünki çox vaxt yeni yaranan bazarlar haqqında kifayət qədər məlumatınız olmadığı üçün investisiyanın gəlirliliyini (ROI) belə hesablaya bilmirsiniz. Yenə də deyirəm, bu, bir şirkətin iqlim strategiyası haqqında bəzəkli təqdimat deyil. Bu, gələcək fəaliyyətlərinizi və gələcək məhsullarınızı layihələndirmək, bazarınızın gələcəyini təsəvvür etməkdir".