UNECE: Azərbaycan iqlim liderliyinə başlayan ölkələr üçün yaxşı nümunədir
- 09 sentyabr, 2026
- 15:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan iqlim liderliyinə başlayan ölkələr üçün yaxşı nümunədir.
"Report" xəbər verir ki, bunu UNECE-nin İcraçı Katibinin Müavini Dmitry Mariyasin "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 3-cü günündə bildirib.
Onun sözlərinə görə, gələcəyin layihələri, xüsusən də liderliyi ələ almaq növbəsi çatan orta-yüksək gəlirli ölkələrdə liderliyin göstəricisi olacaq: "Azərbaycan, bəzi böyük dövlətlərin bu liderliyi göstərə bilmədiyi bir dünyada liderliyi ələ almağa başlayan ölkələr üçün çox yaxşı nümunədir. Bu liderlik həm də idarə heyəti otaqlarında təsdiqlədiyiniz layihələrin növlərində özünü göstərir. Strateji ətraf mühit qiymətləndirilməsini mütləq tətbiq edin. Tənzimləyici qurumun sizə bunu deməsini gözləmədən bu sualları proaktiv şəkildə verin. Hadisələrdən bir addım öndə olun və bununla da rəqabət qabiliyyətinizi artırın. İqlim fəaliyyəti BMT-nin sizə nə deməsi ilə bağlı deyil, bundan öz biznes baxış bucağınızdan nə dərəcədə məntiqi nəticə çıxarmağınızla bağlıdır. Biz də böyük və mühüm prosesləri idarə etmək üçün deyil, sizi dəstəkləmək üçün buradayıq".