Umayra Tağıyeva beynəlxalq tədbirdə Xəzər dənizinin dayazlaşmasına yetərli qlobal diqqət ayrılmamasını qaldırıb

Ekologiya
  • 20 oktyabr, 2025
  • 19:48
Umayra Tağıyeva beynəlxalq tədbirdə Xəzər dənizinin dayazlaşmasına yetərli qlobal diqqət ayrılmamasını qaldırıb

Xəzər dənizinin dayazlaşması kimi ekoloji böhrana hələ də ehtiyac duyulduğu və ya layiq olduğu qlobal diqqət ayrılmır.

"Report" xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Ümumdünya Meteorologiya Təşkilatının Konqresi çərçivəsində 2022-ci ildə BMT-nin Baş Katibi Antonio Quterreş tərəfindən irəli sürülən "Hər kəs üçün Erkən Xəbərdarlıq" (EarlyWarnings4ALL) təşəbbüsünə həsr olunmuş yüksək səviyyəli tədbirdə çıxışı zamanı bildirib.

O, çıxışında Azərbaycan Prezidentinin rəhbərliyi ilə ötən il ölkədə keçirilən COP29-un uğurlu nəticələri, o cümlədən qəbul edilən Bakı Adaptasiya Yol Xəritəsinin və COP29-da razılaşdırılmış yeni maliyyə hədəfi barədə ətraflı məlumat verib, bunun həssas ölkələrdə effektiv adaptasiya tədbiri olan erkən xəbərdarlıq sistemlərinin yaradılması üçün onların zəruri ehtiyaclarının ödənilməsində mühüm rol oynayacağını qeyd edib.

U.Tağıyeva, eyni zamanda, tədbir iştirakçılarını ölkədə dövlət investisiyaları çərçivəsində son beş ildə erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi, modernizasiya tədbirləri sayəsində avtomatlaşdırılmış müşahidə sistemlərinin 73 %-ə çartırılması barədə məlumatlandırıb, 2027-ci ilədək olan hədəflərdən, həmçinin erkən xəbərdarlıq sahəsində Ümumdünya Meteorologiya Təşkilatı, BMT-nin Ətraf Mühit Proqramı və Yaşıl İqlim Fondu ilə əməkdaşlıqdan bəhs edib.

Nazir müavini həmçinin vurğulayıb ki, 2026-cı ildə Dünya Ətraf Mühit Gününə və Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək Azərbaycanın beynəlxalq ictimaiyyətlə bu sahədə əməkdaşlığa hazırdır.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mutəxəssisləri Ümumdünya Meteorologiya Təşkilatının "İqlim üçün elm" fəaliyyətinin 75 illiyinə həsr olunmuş Konqresinin Fövqəladə Sessiyasında iştirak edib. Tədbirdə Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi, professor Selesta Saulo, İsveçrə Federal Şurasının üzvü Elizabet Baume-Şnayder və Mozambik Prezidenti açılış nitqi ilə çıxış ediblər.

Konqres çərçivəsində 2022-ci ildə BMT-nin Baş Katibi Antonio Quterreş tərəfindən irəli sürülən "Hər kəs üçün Erkən Xəbərdarlıq" (EarlyWarnings4ALL) təşəbbüsünə həsr olunmuş yüksək səviyyəli tədbir də keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti