Türkiyənin "Gələcəyə nəfəs!" çağırışı ilə Azərbaycanda 111 min 111 ağac əkiləcək

Ekologiya
  • 10 noyabr, 2025
  • 14:58
Türkiyənin Gələcəyə nəfəs! çağırışı ilə Azərbaycanda 111 min 111 ağac əkiləcək

Türkiyənin "Gələcəyə nəfəs!" çağırışı ilə hər il olduğu kimi bu il də genişmiqyaslı ağacəkmə aksiyası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, Türkiyənin "Gələcəyə nəfəs!" çağırışı ilə hər il noyabrın 11-də təşkil olunan genişmiqyaslı ağacəkmə aksiyası artıq Azərbaycanda ənənəyə çevrilib:

"Bu il də Azərbaycan qardaş Türkiyənin bu təşəbbüsünü dəstəkləyir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın bütün bölgələrini əhatə edəcək aksiya çərçivəsində 111 min 111 ədəd ağac əkiləcək. İnanırıq ki, əkilən bu ağaclar gələcəkdə geniş yaşıllıq sahələrinə çevrilərək, ətraf mühitə böyük tohfə olacaq".

Nazirlik sözçüsü bu il noyabrın 11-i istirahət gününə düşdüyü üçün Azərbaycanda aksiyanın 12 noyabr tarixində keçiriləcəyini diqqətə çatdırıb.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmilərinin və əməkdaşlarının, ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsindən başlanan ağacəkmə aksiyasına Türk Dövlətləri Təşkilatı ölkələrinin Azərbaycandakı səfirliklərinin nümayəndələri də qatılacaq. Müşfiqabadda 1 111 ədəd ağac əkiləcək", - deyə o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti