Şöbə müdiri: Azad edilmiş səkkiz rayonda poliqonların tikintisinə başlanılacaq

Ekologiya
  • 27 fevral, 2025
  • 14:49
Şöbə müdiri: Azad edilmiş səkkiz rayonda poliqonların tikintisinə başlanılacaq

Bu günədək işğaldan azad olunmuş səkkiz rayonda poliqonlar müəyyən edilib və onlar tikintiyə başlamaq mərhələsindədir.

"Report"un Zəngilana ezam olunmuş müxbirinin xəbərinə görə, bunu ETSN Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Zəngilan şəhərində işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 60-a qədər xüsusi texnika tullantıların daşınması üçün təchiz olunub:

"Azad olunmuş ərazilərdə tullantıların idarə olunmasında regional strategiya layihəsi hazırlanıb və təkmilləşmə mərhələsindədir. Bu ərazilərdə məlum məsələ ilə bağlı müxtəlif nəzarət tədbirləri də həyata keçirilir. İstirahət və müxtəlif məqsədlər üçün səfər edən şəxslər tərəfindən çirklənmə işləri mövcuddur. Mən təklif edirəm ki, hər bir təkilat tullantıların yığılmasında, idarəsində öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Əks halda müvafiq tədbirlər həyata keçirilir".