Sabirabadda Zəfər Günü münasibətilə 10 min ədəd ağac əkilib
Ekologiya
- 07 noyabr, 2023
- 18:55
Sabirabadda Zəfər Günü münasibətilə 10 min ədəd ağac əkilib.
“Report”un Aran bürosunun məlumatına görə, respublika əhəmiyyətli Hacıqabul-Bəhrəmtəpə-Horadiz maqistral avtomobil yolunun rayonun Bulaqlı kəndi ərazisindən keçən hissəsinin yol kənarında, Sabirabad şəhərinin park və xiyabanlarında, şəhidlərin xatirəsinə ucaldılmış kompleks və bulaqların ətrafında müxtəlif növ ağaclar əkilib.
Aksiya çərçivəsində 10 min ədəd ölkəmizin iqlim şəraitinə uyğun dekorativ və meyvə ağacları əkilmiş və ağaclara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, əkilən ağacların 3 min ədədi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilib, 7 min ədədi isə rayonun daxili hesabına alınıb ki, onlardan da min ədədi meyvə ağaclarıdır.
Son xəbərlər
17:06
Marko Rubio 100-dən çox ABŞ şirkətini təmsil edən nümayəndə heyəti ilə Özbəkistana gedəcək
Region17:05
Taleh Kazımov: "Bank sektorunun risk qiymətləndirilməsində əhəmiyyətli yaxşılaşma qeydə alınıb"
Maliyyə17:03
AMB-nin sədri: "Strateji valyuta ehtiyatlarımız 41 aylıq idxalı qarşılayır"
Maliyyə17:01
Foto
FHN-in Bakı Regional Mərkəzində Anım Günü qeyd olunub
Daxili siyasət17:00
Pərviz Şahbazov: "Asiyadan Avropaya qədər elektrik enerjisi şəbəkəsi yaratmağı hədəfləyirik"
Energetika16:59
Taleh Kazımov: "İqtisadi şaxələndirmə üçün xarici investisiyaların cəlb edilməsinə fokuslanmışıq"
Maliyyə16:59
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında 1/4 finala yüksəlib
Futbol16:58
Foto
Rəşad İsmayılov FAO nümayəndəsi ilə ətraf mühit məsələlərini müzakirə edib
Xarici siyasət16:58