Sabahkı hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Ekologiya
  • 06 mart, 2023
  • 15:06
Sabahkı hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Martın 7-də müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb.

Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, Abşeron yarımadasında rütubətli və əsasən küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.