Sabahın havası meteohəssas insanlarda narahatlıq yarada bilər

Ekologiya
  • 22 fevral, 2023
  • 19:12
Sabahın havası meteohəssas insanlarda narahatlıq yarada bilər

Fevralın 23-də müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb.

Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilir ki, fevralın 23-də Abşeron yarımadasında mülayım xəzri küləyinin üstünlüyü və nisbətən rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

44 - Tezliklə