Sabah 10 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
Ekologiya
- 04 yanvar, 2026
- 12:10
Yanvarın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Havanın temperaturu gecə 1-3° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
Son xəbərlər
14:16
MKA: ".az" domenlərinə qarşı "defacement" hücumları qeydə alınıb
İKT14:15
Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib
Daxili siyasət14:14
Oskar Piastri: "Bakıdakı "Formula 1" yarışı həmişə maraqlı olub"
Formula 114:11
Əfv sərəncamının icrasına başlanılıb
Daxili siyasət14:10
Sözün Füzuli mərtəbəsi: Əsrlərdən süzülən poetik möcüzə və şeirin ən yüksək məqamı kimi
Ədəbiyyat14:10
Foto
Video
Masazırda yük maşını aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB
Hadisə14:00
Efiopiyada Tıqray qüvvələri Mekele hava limanını ələ keçirib
Digər ölkələr13:53
"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb
Komanda13:52