Sabah rayonlarda havanın temperaturu 31 dərəcəyədək artacaq
Ekologiya
- 02 aprel, 2022
- 08:23
Aprelin 3-ə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-22° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 26-31° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti olacaq.
Son xəbərlər
08:30
KXDR nüvə potensialını gücləndirmək istəyir
Digər ölkələr08:12
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur07:54
"Newsmax": ABŞ-nin desant gəmisi İrana qarşı hərbi əməliyyatda sıradan çıxıb
Digər ölkələr07:40
İspaniyada meşə yanğınında 12 nəfər ölüb
Digər ölkələr07:28
Kubanın paytaxtı irimiqyaslı enerji böhranı ilə üzləşib
Digər ölkələr07:05
Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
Energetika06:46
WSJ: İran Trampa qarşı sui-qəsd hazırlaya bilər
Digər ölkələr06:18
"Reuters": Putin Ukraynadakı müharibənin yeni eskalasiyasına hazırlaşır
Region05:59