Sabah havanın temperaturu 38 dərəcəyədək artacaq, qısamüddətli yağış yağacaq
Ekologiya
- 27 iyun, 2022
- 07:54
İyunun 28-ə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
Son xəbərlər
17:08
Seamus Klank: "LinkedIn" şəbəkəsi uşaqlar üçün nəzərdə tutulmayıb, dəqiq auditoriyası var
Media17:05
Foto
Azərbaycan və Qazaxıstan dezinformasiyaya qarşı birgə mübarizənin təşkilini müzakirə ediblər
Media17:03
"Partner Finance"ın aktivləri 10 % azalıb
Maliyyə16:56
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Hadisə16:52
Diana Ryan: Hazırda Azərbaycandan "TikTok" platforması üzrə 7 milyon istifadəçi var
Media16:40
Karen Sutherland: İnsanların süni intellektlə özlərinə yaxın biri kimi davranması faciə ilə nəticələnə bilər
Xarici siyasət16:34
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb
Xarici siyasət16:33
Sabit və ardıcıl siyasət nümunəsi: İlham Əliyev Şuşadan dünyaya ismarışlar verdi - ŞƏRH
Analitika16:32