Sabah Bakıda 18 dərəcə isti olacaq
Ekologiya
- 21 mart, 2023
- 08:38
Bakıda və Abşeron yarımadasında martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.
Son xəbərlər
17:53
Hakan Fidan iordaniyalı həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib
Region17:51
Əraqçi: Netanyahu İranı parçalamaq istəyir
Region17:46
İstanbulda siqaretə görə 14 milyon dollardan çox cərimə tətbiq edilib
Region17:41
Sabah Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək
Energetika17:37
"Fars": Hörmüz boğazı bağlıdır və gəmilərin hərəkətinə icazə verilməyəcək
Region17:26
Əraqçi ABŞ ilə atəşkəsin hansı şərtlə qəbul olunduğunu açıqlayıb
Region17:15
Zelenski: Ukrayna hərbçiləri Stavropolda üç tankerə və neft anbarlarına zərbə endirib – YENİLƏNİB
Digər ölkələr16:56
BAEA İrandakı AES-ə hücumla bağlı araşdırmaya başlayıb - YENİLƏNİB
Region16:35