Sabah havanın temperaturu 38 dərəcəyədək artacaq
Ekologiya
- 08 iyul, 2022
- 08:38
Azərbaycanda iyulun 9-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, Bakıda gecə 22-24° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-45 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq.
Son xəbərlər
08:15
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:06
"NourNews": İranın azı 13 şəhəri ABŞ-nin zərbələrinə məruz qalıb
Region08:00
Bu gündən IV Şuşa Qlobal Media Forumu başlayır
Media07:49
Çində elektromobillərin orta yaşı cəmi 1,8 il təşkil edir
Sənaye07:35
ABŞ ordusu İrana növbəti zərbələri başa çatdırıb - YENİLƏNİB
Digər ölkələr07:32
Bakı və Abşeronda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Energetika07:14
SEPAH: Aviabazanın yanacaq çənləri və silah-sursat anbarları yandırılıb
Region06:45
Meksikada yol-nəqliyyat hadisəsində azı 16 nəfər həlak olub
Digər ölkələr06:20