Sabahdan ölkə ərazisində hava mülayimləşəcək, temperatur yüksələcək

Ekologiya
  • 21 dekabr, 2018
  • 16:20
Sabahdan ölkə ərazisində hava mülayimləşəcək, temperatur yüksələcək

Bakı. 21 dekabr. REPORT.AZ/ Dekabrın 22-dən etibarən ölkə ərazisində hava şəraiti tədricən mülayimləşəcək. Paytaxtda, eləcə də bölgələrdə hava, əsasən, yağmursuz keçəcək. Şimal-şərq küləyi üstünlük təşkil edəcək. Sabah hərarətin paytaxtda 6-8°, bölgələrdə 8-13° isti, dağlıq ərazilərdə isə 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Direktor bildirib ki, dekabrın 23-24-də hərarətin ötən günlərlə müqayisədə tədricən 2-3° yüksələcəyi proqnozlaşdırılır. Temperaturun paytaxtda 9-11°, bölgələrdə 9-14°, dağlıq ərazilərdə isə 3-5° isti olacağı bildirilir.