Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq
Ekologiya
- 01 avqust, 2022
- 08:26
Avqustun 2-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 22-26° isti, gündüz 32-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.
Sabah əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.
Son xəbərlər
06:20
ABŞ-nin Bəhreyn və Küveytdəki bazaları atəşə tutulub - YENİLƏNİB
Region06:17
ABŞ-nin hücumu nəticəsində Xuzistanda ölən və yaralananlar var
Region05:33
Foto
FIFA-nın komitə rəhbəri Baloqanın diskvalifikasiyasını şəxsən ləğv edib
Futbol05:05
WP: ABŞ-nin Küveytdəki bazasından sağ çıxanlar komandanlığı səhlənkarlıqda ittiham ediblər
Digər ölkələr04:36
Dieqo Forlan Uruqvay yığmasının baş məşqçisi olub
Futbol04:08
İran XİN: ABŞ-nin son hücumları diplomatik səyləri "boşa çıxarıb"
Region03:41
"Al Mayadeen": ABŞ Çabahar və Bəndər Abbas limanlarını hədəf alıb
Region03:12
İtaliyalı Yannik Sinner ardıcıl ikinci dəfə "Uimbldon"un qalibi olub
Fərdi02:45