Sabah bəzi rayonlarda arabir güclənən cənub-qərb küləyi əsəcək - XƏBƏRDARLIQ

Ekologiya
  • 23 oktyabr, 2018
  • 10:21
Sabah bəzi rayonlarda arabir güclənən cənub-qərb küləyi əsəcək - XƏBƏRDARLIQ

Bakı. 23 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Departamentdən “Report”a daxil olan məlumata görə, oktyabrın 24-ü gündüzdən 25-i axşamadək Abşeron yarımadasında və bəzi rayonlarda arabir güclənən cənub-qərb küləyi əsəcək.

Qeyd edək ki, sabahın hava proqnozuna əsasən, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 21-25, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

44 - Tezliklə