Sabah Bakıda 35 dərəcə isti olacaq
Ekologiya
- 02 iyul, 2026
- 12:35
Bakıda və Abşeron yarımadasında iyulun 3-də hava şəraiti yağmursuz olacaq.
Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14°, gündüz 20-25°, bəzi yerlərdə 27-32° isti olacaq.
Son xəbərlər
10:58
Fransada anomal istilər nəticəsində ölənlərin sayı 2 mini ötüb
Digər ölkələr10:54
"Neftçi" Fransadakı Dünya Qadın Seriyasında mübarizəyə start verir
Komanda10:51
Vladimir Petkoviç: "İsveçrə ilə matçda buraxılan səhvlər komandaya baha başa gəldi"
Futbol10:44
Azərbaycandakı internet trafikində botların payı 3 dəfə azalıb
İKT10:39
İsveçrə millisinin baş məşqçisi Murat Yakın: "Bəzi məqamlarda çətinliklərə tab gətirməyi bacardıq"
Futbol10:37
Dövlət torpaqlarını qanunsuz satmaqda təqsirləndirilən 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib
Hadisə10:22
Pakistanda avtobus dərəyə aşıb: 24 nəfər ölüb, 8 nəfər yaralanıb
Digər ölkələr10:20
Azərbaycanda yarımildə 41 mindən çox uşağa görə birdəfəlik müavinət təyin edilib
Sosial müdafiə10:19
Foto