Sabah Azərbaycanın bəzi rayonlarında leysan yağışlar yağacaq, şimşək çaxacaq

Ekologiya
  • 16 sentyabr, 2015
  • 08:03
Sabah Azərbaycanın bəzi rayonlarında leysan yağışlar yağacaq, şimşək çaxacaq

Bakı. 16 sentyabr. REPORT.AZ/ Sabah Bakıda 26 dərəcə isti olacaq. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 23-26, Bakıda gecə 20-22, gündüz 24-26 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olması ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 24-28, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.