Sabah Azərbaycanda yağış yağacaq
Ekologiya
- 15 sentyabr, 2015
- 07:54
Bakı. 15 sentyabr. REPORT.AZ/ Sentyabrın 16-də Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və axşam yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.
Onun sözlərinə görə, sabah paytaxtda şimal küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 26-29 dərəcə isti olacaq.
Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.
Son xəbərlər
22:08
FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb
Hadisə21:54
"Səbail" Türkiyədə ilk yoxlama oyununda qələbə qazanıb
Futbol21:36
"Neftçi" futbolçu İmad Farajın Tunisin "Esperans" klubuna keçdiyini açıqlayıb
Futbol21:29
Premyer Liqa: "Turan Tovuz" mövsümün açılış oyununda qələbə qazanıb
Futbol21:06
Qubada zəlzələ qeydə alınıb
Hadisə20:51
Lukaşenko hakimiyyətin onun övladlarına ötürüləcəyini iddia edənləri "axmaq" adlandırıb
Digər ölkələr20:48
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlanıb
Elm və təhsil20:34
Böyük Britaniyada bir sutka ərzində ikinci qatar relsdən çıxıb
Digər ölkələr20:22