Sabah Azərbaycanın rayonlarında 31 dərəcə isti olacaq
- 19 sentyabr, 2015
- 08:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 sentyabr. REPORT.AZ/ Sabah Azərbaycanın rayonlarında 31 dərəcə isti olacaq. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.
Sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmusuz keçəcəyi gözlənilir. Səhər və axşam havanın arabir tutulacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22, gündüz 25-29 dərəcə isti olacaq.
Sabah Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.