Sabah Azərbaycanın rayonlarında 28 dərəcə isti olacaq
Ekologiya
- 11 may, 2016
- 07:04
Bakı. 11 may. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir, mülayim cənub küləyi əsəcək.
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-15, gündüz 20-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında mayın 12-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.
Son xəbərlər
12:04
Qəribabadi: ABŞ zərbələri nəticəsində Fars körfəzinin İran sahilləri neftlə çirklənib
Region12:00
Azərbaycandakı sığorta şirkətlərinin balans kapitalının məbləğinə görə renkinqi (01.07.2026)
Maliyyə11:56
"Sabah" ABŞ-dən olan basketbolçu Kuinsi Ballardla müqavilə imzalayıb
Komanda11:54
"İsmayıllı-1" KSES-in istehsal etdiyi elektrik enerjisinin həcmi açıqlanıb
Energetika11:44
"Qarabağ"a Bakıda uduzan "Dinamo" antirekorda imza atıb
Futbol11:44
"Qazprom Ermənistan"ın dörd əməkdaşı həbs edilib
Region11:39
Foto
Babək, Culfa və Ordubaddakı mədəniyyət saraylarında əsaslı təmir işləri aparılacaq
Mədəniyyət siyasəti11:33
Foto
Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib
Daxili siyasət11:31
Foto