"Qırmızı kitab"a düşən quşu ovlayan şəxs saxlanılıb
Ekologiya
- 07 aprel, 2020
- 12:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qızılağac Milli Parkının və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən brokonyerliyə qarşı mübarizə məqsədilə keçirilən reyd zamanı milli parkın su ərazisində icazəsiz quş ovlayan şəxs saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a verilən məlumata görə, taxta qayıqla ov edən Masallı rayon sakini Çingiz Əmiraslanovdan ov tüfəngi, ovlanmış qaşqaldaq, ördək və adı "Qırmızı kitab"a düşmüş soltan toyuğu götürülüb.
Faktla bağlı akt tərtib olunub, təbiətə 1 039 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hazırda Su Nəqliyyatında Polis İdarəsi tərəfindən təhqiqat aparılır.
Son xəbərlər
09:38
"Arsenal" iki futbolçusu ilə müqavilənin müddətini uzatmağa hazırlaşır
Futbol
09:38
Emin Əmrullayev Naxçıvanda bir qrup müəllimlə görüşüb
Digər
09:31
"Gəncə Şərab-1" getdikcə artan vergi və sosial sığorta borclarını ödəmək üçün çıxış yolları axtarır
Biznes
09:24
Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
Energetika
09:19
UEFA Millətlər Liqası: Qrup mərhələsinə bu gün yekun vurulur
Futbol
09:18
Astarada avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
09:15
Siyəzəndə avtomobil "KamAZ"la toqquşub, bir nəfər ölüb
Hadisə
09:10
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (17.11.2026)
Maliyyə
09:10
"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə