Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Ekologiya
- 09 avqust, 2018
- 08:37
Bakı. 9 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin qeyri-sabit keçəcəyi ilə əlaqədar xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 12-dək güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında da qeyri-sabit hava şəraitinin avqustun 12-dək davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Son xəbərlər
15:52
Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb
Hadisə15:47
Bakıda Ziya Bünyadov prospektində avtobus zolağının müddəti 1 saat uzadılıb
İnfrastruktur15:46
Gəncədə UEFA C kateqoriyalı məşqçilik kursu təşkil olunacaq
Futbol15:44
Foto
Batumidə mərkəzi bank rəhbərlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib
Region15:42
Azərbaycan QHT-ləri Ermənistanda diplomatların Qarabağa səfəri ilə bağlı başlanılmış kampaniyanı pisləyib
Xarici siyasət15:42
Azərbaycan bankı Naxçıvanda GES tikintisinə 8 milyon manata yaxın kredit ayırıb
Maliyyə15:33
Azərbaycanın kollektor agentliyinin istiqrazlarına 53 investor maraq göstərib
Maliyyə15:33
Nobel Fondu laureatlar üçün pul mükafatının məbləğini artırıb
Digər ölkələr15:25
Foto