Ötən il Azərbaycanda ən yüksək temperatur Culfada qeydə alınıb
Ekologiya
- 18 yanvar, 2024
- 08:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycanda ən yüksək temperatur 43.2 dərəcə olub və Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində qeydə alınıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, ötən il paytaxt Bakıda isə ən yüksək temperatur - 41 dərəcə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.
G.Məmmədova həmçinin regionlarda da 40 dərəcədən çox temperaturun qeydə alındığı rayonların adlarını açıqlayıb: “Zərdabda 42.8, Şərurda 42.7, Ordubadda 42.6, Kürdəmirdə 42.4, Naxçıvanda 41.8, Ağstafada isə 40.9 dərəcə yüksək temperatur qeydə alınıb”.
Son xəbərlər
01:46
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
Digər ölkələr01:12
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Region00:53
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
Region00:16
Bill Qeyts: Süni intellekt 2027-ci ildə ciddi kibertəhlükələrə səbəb ola bilər
İKT23:52
İran XİN: Omanla razılaşma Hörmüz boğazının dərhal açılması demək deyil
Region23:32
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
Region23:23
Zelenski: Enerji daşıyıcılarının bahalaşmasının Ukrayna ilə əlaqəsi yoxdur
Digər ölkələr23:11
Rusiyanın Ukraynaya hava zərbələri nəticəsində 6 nəfər həlak olub
Digər ölkələr22:57