Azərbaycanda dumanlı hava müşahidə olunur
Ekologiya
- 14 yanvar, 2025
- 09:02
Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə dumanlı hava şəraiti müşahidə olunur.
Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib.
O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Şabran, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astarada müşahidə olunan duman görünüş məsafəsinin 50-200 metrədək məhdudlaşmasına səbəb olub.
Xidmət rəsmisi vurğulayıb ki, dumanlı hava şəraitinin Bakıda və Abşeron yarımadasında günün ikinci yarısınadək, bölgələrdə isə yanvarın 16-dək davam edəcəyi gözlənilir, belə hava şəraiti ilə əlaqədar sürücülərin ehtiyatlı və məsuliyyətli olması tövsiyə olunur.
Son xəbərlər
16:46
Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar
Xarici siyasət16:46
Dövlət musiqi, incəsənət məktəblərində işləyənlərin sertifikatlaşdırma qaydası təsdiqlənib
İncəsənət16:43
Azərbaycan və Almaniya dövlət qurumları arasında müntəzəm məsləhətləşmələrin aparılması razılaşdırılıb
Xarici siyasət16:42
İlham Əliyev: Almaniya ilə imzalanmış sənədlərin ən qısa zamanda icrası üçün işçi qrupları yaradılacaq
Xarici siyasət16:41
Azərbaycan və Almaniya davamlı su ehtiyatlarının idarə olunması üzrə əməkdaşlığı artıracaq
İnfrastruktur16:40
Azərbaycanda süni intellektin inkişafı ilə bağlı məsul dövlət qurumları müəyyənləşib
Daxili siyasət16:39
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb - YENİLƏNİB
Xarici siyasət16:36
Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib
Sağlamlıq16:28