Oğuzda qanunsuz ov edən şəxslər cəzalandırılıb

Ekologiya
  • 11 dekabr, 2020
  • 11:54
Oğuzda qanunsuz ov edən şəxslər cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Oğuz rayonu ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Xidmətin rəis müavini Bəhruz Məhəmmədov "Report"a bildirib ki, araşdırma zamanı brakonyerlərin Qəbələ rayon sakini Cavid Xasmamedov, Ağdaş rayon sakinləri - Mehman Veyisov və Namik Qənbərov olduğu məlum olub.

O qeyd edib ki, faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və hər biri 1 500 manat məbləğində cərimə edilib.

44 - Tezliklə