Növbəti iki günün hava proqnozu açıqlanıb

Ekologiya
  • 25 iyul, 2022
  • 05:54
Növbəti iki günün hava proqnozu açıqlanıb

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti iyulun 25-i gündüzədək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, iyulun 26-27-də əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək.