Növbəti iki gündə hava mülayim və sabit keçəcək, temperatur yüksələcək

Ekologiya
  • 20 oktyabr, 2023
  • 05:21
Növbəti iki gündə hava mülayim və sabit keçəcək, temperatur yüksələcək

Bəzi rayonlarda müşahidə olunan yağıntı oktyabrın 20-si səhərdən tədricən kəsiləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, ölkə ərazisində bu gün gündüz və oktyabrın 21-22-də hava şəraiti mülayim, sabit keçəcək.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

44 filmi