Növbəti iki gündə dağlıq rayonlara leysan yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Ekologiya
  • 12 iyul, 2024
  • 12:00
Növbəti iki gündə dağlıq rayonlara leysan yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında iyulun 13-15-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.