Nazirlik hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

Ekologiya
  • 03 fevral, 2015
  • 11:39
Nazirlik hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

Bakı. 3 fevral. REPORT.AZ/ Sabahdan etibarən iki gün ərzində ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. 

"Report" xəbər verir ki, havaların soyuması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb.

Belə ki, fevralın 4-də gün ərzində və 5-də ölkədə hava şəraitinin qısa müddət qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.

44 - Tezliklə