Nazir müavini: Azad edilmiş ərazilərdə biomüxtəlifliyin artırılması diqqət mərkəzindədir

Ekologiya
  • 13 iyun, 2025
  • 13:15
Nazir müavini: Azad edilmiş ərazilərdə biomüxtəlifliyin artırılması diqqət mərkəzindədir

İşğaldan azad edilmiş ərazilərdə biomüxtəlifliyin artırılması diqqət mərkəzində saxlanılır.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər ki, bunu Ekologiya məsələləri üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında deyib.

Onun sözlərinə görə, biomüxtəlifliyin artırılması və ekosistemin bərpası tədbirlərinə uyğun olaraq, Cəbrayıl rayonunda 33 baş ceyran, Laçın rayonunda 5 Şahin quşu, 4 baş Şərqi Qafqaz turu, 10 kəklik quşu, eləcə də Kəlbəcər rayonunda 3 baş Bezoar keçisi təbiətə buraxılıb.

“Həmçinin bu günədək Bəsitçay, Həkəriçay, Köndələnçay və Bərgüşad çaylarına, eləcə də Köndələnçay, Suqovuşan və Xaçınçay su anbarlarına, ümumilikdə, 1,3 milyondan çox qızılxallı forel və çəki cinsli balıq körpələri buraxılıb”, - V.Kərimov əlavə edib.

44 filmi