Naxçıvanın dağ kəndlərində qarın hündürlüyü 15 santimetrə çatıb
Ekologiya
- 13 dekabr, 2024
- 19:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvanın dağ kəndlərində qarın hündürlüyü 15 santimetrə çatıb.
Bu barədə “Report”un yerli bürosuna muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Məlumata görə, dekabrın 13-də Ordubad rayonunun Parağaçay, Nürgüt, Dırnıs Şahbuz rayonunun Kükü, Biçənək istiqamətlərinə və digər yüksək dağlıq ərazilərə qar yağıb.
Qarın hündürlüyü Parağaçayda 15, Nürgütdə 13, Biçənəkdə 8, Küküdə isə 6 sm olub.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları vasitəsilə yollarda fasiləsiz olaraq qardan təmizləmə işi aparılıb.
Hazırda qardan təmizlənməsi zəruri olan yollarda rahat və təhlükəsiz hərəkət üçün xüsusi texnikalarla işlər davam etdirilir.
Son xəbərlər
20:06
Belçika səfiri Rusiya XİN-ə çağırılıb
Region
20:02
Türkiyədə narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlarda 31 nəfər saxlanılıb
Region
19:50
Mikayıl Cabbarov: Azərbaycan və Türkmənistanın əməkdaşlığı Orta Dəhlizin səmərəliliyini artırır
Xarici siyasət
19:48
Səfir: Füzulidə məscidin açılışı 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır
Xarici siyasət
19:47
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
Fərdi
19:47
Türkmənistanda MAMA "Ana təbiət" beynəlxalq sərgisi açılacaq
Xarici siyasət
19:46
Foto
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
Elm və təhsil
19:44
Səfir: Azərbaycan və Türkmənistan Xəzərdə birgə layihələr üçün geniş imkanlara malikdir
Digər
19:39
BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Bakıda AQEM sammitində iştirak edəcək
Xarici siyasət