Naxçıvanda ilk dəfə şəhidlərin adına bağ salınıb
Ekologiya
- 06 noyabr, 2023
- 23:01
Naxçıvanda ilk dəfə şəhidlərin adına bağ salınıb.
“Report” xəbər verir ki, bununla bağlı keçirilən “Bir çinar, bir şəhid” ağacəkmə aksiyasında Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov və digər şəxslər iştirak edib.
Bağ Şahbuz Rayon Xəstəxanasının təşkilatçılığı ilə xəstəxananın həyətyanı sahəsində salınıb. “Bir şəhid, bir çinar” ağacəkmə aksiyasında rayonun 35 şəhidinin adına çinar ağacları əkilib. Hər bir ağacın yanında məlumat lövhələri yerləşdirilib. Şəhidin şəkli, adı, ata adı və soyadı olan məlumat lövhələrinə QR kodlar da yerləşdirilib.
Kod oxudulan zaman şəhidin haqqında ətraflı məlumat oxumaq mümkün olur. Qeyd edək ki, bu Naxçıvanda ilk belə bağdır.
Son xəbərlər
08:51
Çində internet dələduzluğu ilə mübarizə üzrə beynəlxalq alyans yaradılacaq
Digər ölkələr08:49
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (10.09.2026)
Maliyyə08:33
Donald Tramp ABŞ-nin neft hasilatı məsələsində OPEC-dən güclü olduğunu açıqlayıb
Digər ölkələr08:12
Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:10
Tramp ABŞ-nin Venesuela ilə saziş nəticəsində 500 il yetəcək neft ehtiyatlarına çıxış əldə etdiyini bildirib
Digər ölkələr08:00
Bakının Yasamal, habelə Ağdaş, Tərtər və Yevlax rayonlarının bir hissəsində işıq olmayacaq
Energetika07:44
Çində gənə vasitəsilə ötürülən yeni virus aşkarlanıb
Sağlamlıq07:05
ABŞ Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirib
Digər ölkələr06:49