Murat Kurum: Karbon tullantılarının sıfıra endirilməsi təşəbbüsü genişləndirilməlidir

Ekologiya
  • 13 mart, 2026
  • 12:42
Murat Kurum: Karbon tullantılarının sıfıra endirilməsi təşəbbüsü genişləndirilməlidir

Karbon tullantılarının sıfıra endirilməsi təşəbbüsü genişləndirilməlidir.

"Report" xəbər verir ki, bunu Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişiklikləri naziri, COP31-in Prezidenti Murat Kurum XIII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, Qlobal Bakı Forumunda COP-un sabiq prezidentləri ilə müzakirələr apardıqlarını bildirib:

"Biz indiyə qədərki qərarları daha da gücləndirən COP keçirmək niyyətindəyik. Əsas məqsədimiz dünyanın bütün ölkələrinin özünə yetə biləcək enerji siyasətinin həyata keçirilməsidir. Ən vacib - məsələ bərpaolunan enerjinin tərəfdarıyıq. Dünyada iqlim problemləri çoxdur. Sakit okean adaları su altında qalmaq təhlükəsi ilə qarşı-qarşıyadır. Karbon tullantılarının sıfıra endirilməsi təşəbbüsü genişləndirilməlidir. Biz də müzakirələrimizi bu kimi problemlərin həlli istiqamətdə aparacağıq".