Mehmet Qalib Ensarioğlu: Qlobal iqlim siyasətində əsaslı dəyişikliklərə ehtiyac var
- 09 sentyabr, 2026
- 09:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Qlobal proseslər fonunda iqlim siyasətinə əsaslı dəyişikliklər etməyə ehtiyac var.
"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ətraf Mühit Komitəsinin sədri Mehmet Qalib Ensarioğlu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirdiyi dəyirmi masada deyib.
Onun sözlərinə görə, bu mənada COP31-ə hazırlıq dönəmində ölkələrin iqlim həmrəyliyi zəruridir:
"Türkiyənin son illərdəki təcrübəsi bu kontekstdə nümunələrdən biri hesab oluna bilər. Ölkəmizdə son 10 ildə beynəlxalq iqlim siyasəti çərçivəsində bir sıra qərarlar qəbul edilib. Bu çərçivədə 2025-ci ildə Türkiyədə ilk iqlim qanununun qəbul edilməsini xüsusi vurğulamaq olar".
M.Q.Ensarioğlu bildirib ki, bu mövzuda beynəlxalq əməkdaşlığın gücləndirilməsi, həmçinin parlamentlər səviyyəsində də iqlim məsələləri ətrafında əməkdaşlığın gücləndirilməsi zəruridir.
O, Türkiyənin COP31-ə ev sahibliyi edəcəyinə də toxunaraq həmin tədbirin iqlim məsələləri üzrə beynəlxalq əməkdaşlıq üçün meydan ola biləcəyini düşündüklərini vurğulayıb.