Lerikin Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ərazisində yanğın söndürülüb

Ekologiya
  • 25 mart, 2018
  • 06:46
Lerikin Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ərazisində yanğın söndürülüb

Bakı. 25 mart. REPORT.AZ/ Ötən gün Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandoband meşəbəyliyinin yüksək dağlıq ərazisindəki 19 a saylı dolayında baş vermiş yanğın saat 22-50 radələrində Ekologiya və Təbii Sərvətlər (ETSN) və Fövqəladə Hallar nazirliklərinin (FHN) yerli qurumlarının ciddi səyləri nəticəsində söndürülüb.

ETSN-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanğın zamanı təxminən 25 sot ərazidə quru ot və kol-kos yanıb, meşə fonduna ziyan dəyməyib.

Həmçinin Şabran rayonunun yüksək dağlıq ərazisində yerləşən Çuxurəzəmi kəndinin meşə ilə sərhəddindəki bələdiyyə torpaqlarında baş vermiş yanğın gecə saat 24 radələrində tam söndürülüb. ETSN-in yerli qurumlarının və FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının ciddi səyləri nəticəsində yanğının meşə fondu ərazisinə keçməsinin qarşısı alınıb.