Kürdəmirdə ağacəkmə aksiyası keçirilib
Ekologiya
- 30 mart, 2019
- 09:16
Kürdəmir rayonunda ağacəkmə aksiyası keçirilib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, aksiya Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının ərazisində yerləşən sahədə "Ağac əkək qoruyaq bu ənənəni yaşadaq" devizi altında keçirilib.
Səhiyyə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə reallaşan aksiyada Xəstəxananın yüzdən çox tibbi personalı iştirak edib.
Aksiyada, əsasən, dekorativ və meyvə ağacları olmaqla 200-dən çox ağac əkilib.
Kürdəmir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eynulla Novruzovun sözlərinə görə, bu kimi aksiyaların gələcəkdə də mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.
Son xəbərlər
20:16
"Neftçi" nigeriyalı hücumçu Adeleke Akinyemi transfer edib
Futbol20:13
Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq
Region20:01
Foto
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimləri vəhdət namazı qılıblar
Din19:57
Şahin Mustafayev: Azərbaycan və Özbəkistanın birgə layihələr portfeli 5 milyard dolları ötüb
Xarici siyasət19:50
Aşrafxanov: Daşkənd-Bakı tərəfdaşlığı Mərkəzi Asiya ilə Qafqaz arasında körpüdür
Xarici siyasət19:43
Foto
Video
Binəqədi rayonu ərazisində yanğın baş verib
Hadisə19:34
Qrossi: İranla dialoq Yaxın Şərqdə vəziyyətin nizamlanması üçün ən effektiv yoldur
Digər ölkələr19:18
Foto
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
Fərdi19:14
Video