İstirahət günlərində Milli parklarda gözlənilən hava şəraiti açıqlanıb

Ekologiya
  • 14 mart, 2025
  • 14:19
İstirahət günlərində Milli parklarda gözlənilən hava şəraiti açıqlanıb

İstirahət günlərində, yəni martın 15-16-da Milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Abşeron Milli Parkında yağmursuz və günəşli hava şəraiti gözlənilir. Səhər və axşam saatlarında zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 20-25° isti olacaq.

Göygöl Milli Parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 20-24° isti olacaq.

Şahdağ Milli Parkında sabit, əsasən yağmursuz hava şəraiti olacaq. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 17-22° isti olacaq.

Altıağac Milli Parkında yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 20-24° isti olacaq.

Samur-Yalama Milli Parkında yağmursuz və günəşli hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12, gündüz 27-29° isti olacaq.

Şirvan Milli Parkında da sabit, yağmursuz və günəşli hava şəraiti olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11, gündüz 25-27° isti olacaq.

Ağgöl Milli Parkında yağmursuz hava gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 23-26° isti olacaq.

Qızılağac Milli Parkında yağmursuz hava şəraiti olacaq, gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 20-23° isti olacaq.

Hirkan Milli Parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 20-24° isti olacaq.

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında əsasən yağmursuz və günəşli hava şəraiti olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 20-25° isti olacaq.