İsmayıl Serageldin: Xəzər regionunun problemlərini heç bir dövlət təkbaşına həll edə bilməz
- 08 sentyabr, 2026
- 10:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Heç bir dövlət Xəzər regionunun qarşısında duran ekoloji, iqtisadi və sosial problemləri təkbaşına aradan qaldırmaq iqtidarında deyil.
"Report" xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW)" çərçivəsində keçirilən panel sessiyasında bildirib.
O, Xəzər dənizi sahilində yerləşən beş dövlət arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsinin vacibliyinə diqqət çəkərək, Azərbaycanın belə bir tərəfdaşlığın qurulmasında liderlik rolunu öz üzərinə götürməyə qadir olduğunu vurğulayıb.
İ.Serageldinin sözlərinə görə, müvafiq proqram bir neçə istiqaməti - ekoloji, iqtisadi, infrastruktur və sosial istiqamətləri əhatə etməlidir: "Eyni zamanda, onun həyata keçirilməsinə yerli icmalar geniş şəkildə cəlb edilməlidir".
İ.Serageldin, həmçinin diqqəti ona cəlb edib ki, regionda proqnozlaşdırılan dəyişikliklər genişmiqyaslı xarakter daşıyır, bununla əlaqədar olaraq artıq bu gündən dayanıqlığın artırılması üzrə proqramlar hazırlamaq lazımdır: "Mühüm amillərdən biri su ehtiyatlarının vəziyyətidir".
Onun sözlərinə görə, məsələ yalnız mövcud su ehtiyatlarının həcmi ilə deyil, həm də suyun keyfiyyət göstəriciləri ilə bağlıdır: "Digər çağırışlarla birlikdə getdikcə daha vacib hala gələn daha bir problem isə çirklənmədir".