Azərbaycanın 5 rayonunda ilin sonunadək meteroloji stansiyalar quraşdırılacaq

Ekologiya
  • 02 dekabr, 2022
  • 12:37
Azərbaycanın 5 rayonunda ilin sonunadək meteroloji stansiyalar quraşdırılacaq

"Azərbaycanın 5 rayonunda ilin sonunadək meteroloji stansiyaların quraşdırılması planlaşdırılır".

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.

O xatırladıb ki, son iki il ərzində Şərqi Zəngəzur və Qarabağın 10 çayın üzərində 11 avtomat hidroloji stansiya quraşdırılıb.

U.Tağıyeva bildirib ki, gələcəkdə Qarabağda müasir radar sisteminin quraşdırılması da gündəmdədir.