İradə İbrahimova: "Son bir həftə ərzində çimərliklərdə monitorinqlər aparılıb"

Ekologiya
  • 01 iyun, 2018
  • 07:26
İradə İbrahimova: Son bir həftə ərzində çimərliklərdə monitorinqlər aparılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova

Bakı. 1 iyun. REPORT.AZ/ "Son bir həftə ərzində Xəzər dənizinin sahil ərazilərində monitorinqlər aparılıb".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

O bildirib ki, nazirliyin aidiyyəti qurumları Xəzər dənizinə mənsub sahil və çimərlik zonalarında mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini həyata keçirir: "Götürülmüş su və dib çöküntüləri nümunələri üzərində analitik, mikrobioloji və ekotoksikoloji təhlillər aparılır".