Hüseyn Bağırov Ucarda vətəndaşları qəbul edəcək

Ekologiya
  • 27 mart, 2018
  • 06:32
Hüseyn Bağırov Ucarda vətəndaşları qəbul edəcək
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov
Report

Bakı. 27 mart. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Ucar rayonunda vətəndaşları qəbul edəcək. 

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbul mart ayının 30-u saat 10:00-da Ucar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 153) olacaq. Qəbulda Ucar, Kürdəmir, Şamaxı, Ağsu, Qobustan və Göyçay rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Kürdəmir şəhəri, 17 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi (ünvan: Heydər Əliyev prospekti 20) ilə əlaqə saxlaya bilərlər.