Heydər Əliyevin yubileyi münasibətilə Göytəpədə ağacəkmə aksiyası keçirilib

Ekologiya
  • 06 mart, 2023
  • 14:46
Heydər Əliyevin yubileyi münasibətilə Göytəpədə ağacəkmə aksiyası keçirilib

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Cəlilabadın Göytəpə şəhərində ağacəkmə aksiyası keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, aksiya Göytəpə şəhərində yerləşən Heydər Əliyev adına park-bulvarın ərazisində baş tutub.

Aksiya zamanı Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Göytəpə bələdiyyəsinin birgə təşkilatçılığı ilə 300 ədəd şam ağacı əkilib.

Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.