Gəncədə Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Ekologiya
  • 08 noyabr, 2023
  • 13:43
Gəncədə Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib


Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Günü ilə bağlı Heydər Əliyev Park-Xiyaban Kompleksində ağacəkmə aksiyası təşkil olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Rəcəp Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, deputat Pərvin Kərimzadə, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhid ailələri iştirak ediblər.

Aksiya çərçivəsində simvolik olaraq 44 ədəd ağac əkilib, onlara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, bu gün Gəncədə 8 Noyabr-Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir.