Bakı və Abşeronda tozun miqdarı normadan artıqdır
Ekologiya
- 29 iyul, 2020
- 13:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən, bu gün günorta saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.
"Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.
Onun sözlərinə görə, buna səbəb Bakı şəhəri və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir 23-25 m/s-dək güclənməsi və nəticədə istehsalat ərazilərində formalaşan tozun atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.
V.Əliyev qeyd edib ki, meteoroloji şəraitlə əlaqədar yaxın iki gün ərzində havada tozun miqdarının normadan artıq olacağı proqnozlaşdırılır.
Son xəbərlər
22:04
Foto
AGF-də regional güləş koordinatorları ilə görüş keçirilib
Fərdi
21:43
Türkiyə ilə Almaniya mövcud münaqişə bölgələri ətrafında fikir mübadiləsi aparıb
Region
21:25
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
Region
21:13
Foto
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
Mədəniyyət siyasəti
21:00
"Qarabağ" "Neftçi" ilə oyunun son dəqiqəsində məğlubiyyətdən xilas olub
Futbol
20:50
Foto
Naxçıvanda yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyi keçirilib
Fərdi
20:44
Foto
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
Fərdi
20:31
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Region
20:21
Fransada etirazçılar Lill meriyasının binasını talan ediblər
Digər ölkələr